“Lifttəmir” İstehsalat Birliyindən Binəqədidə sakinləri təngə gətirən nasaz liftlə bağlı AÇIQLAMA - YENİLƏNİB

Bakı şəhəri, Xətai rayonu, Süleyman Vəzirov küçəsində yerləşən yeddimərtəbəli yaşayış binasının liftində yaranan problem aradan qaldırılıb.

“Lifttəmir” İstehsalat Birliyindən hakimiyyet.az-ın sorğusuna cavab olaraq bildirilib ki, sözügedən binada iki lift mövcuddur:

“Onların birində qısamüddətli nasazlıq yaranıb. İstehsalat Birliyinin mütəxəssisləri tərəfindən problem dərhal aradan qaldırılıb”.

21:14

Bakıda vətəndaşlar yaşayış binasının liftində köməksiz vəziyyətdə qalıblar.

Bu barədə Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib.

Qurumun “112” qaynar telefon xəttinə Bakı şəhəri, Xətai rayonu, Süleyman Vəzirov küçəsində yerləşən yeddimərtəbəli yaşayış binasının liftində vətəndaşların köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub. 

Dərhal əraziyə FHN-in Bakı Regional Mərkəzinin xilasediciləri cəlb olunublar. 

Əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, texniki nasazlıq səbəbindən yeddimərtəbəli çoxmənzilli yaşayış binasının lifti birinci mərtəbədə dayanıb və beş nəfər vətəndaş liftdə köməksiz vəziyyətdə qalıb.

Xilasedicilər xüsusi alət və avadanlıqlar vasitəsilə liftin qapısını açaraq köməksiz vəziyyətdə qalan sakinləri xilas ediblər.

0.069523811340332