“Maska” şousunun qalibi bəlli oldu - FOTO/VİDEO

“İctimai TV”də yayımlanan “Maska” şousunun qalibi bəlli olub. 

hakimiyyet.az-ın məlumatına görə, “Canavar” obrazını canlandıran iştirakçı mükafata layiq görülüb.

“Canavar” maskası altından müğənni Dilarə Kazımova çıxıb.

Qeyd edək ki, şouda münsif kürsüsündə Xalq artisti Faiq Ağayev, Əməkdar artist Coşqun Rəhimov, müğənnilər Murad Arif və Nigar Camal, aparıcı Kamilə Babayeva oturub.

05.02.24. 00:46

“İctimai TV”də yayımlanan “Maska” şousunun finalı baş tutub.

hakimiyyet.az xəbər verir ki, auditoriya bu dəfə “Alov” obrazında olan iştirakçının maskasının açılmasını istəyib. 

Sonda “Alov” obrazını oynayan iştirakçının müğənni Nadir Rüstəmli olduğu ortaya çıxıb.  

Həmçinin şounun final axşamında auditoriya “Cırtdan” obrazında olan iştirakçının da maskasının açılmasını istəyib. 

Nəticədə “Cırtdan” obrazını oynayanın müğənni Eldar Qasımov olduğu ortaya çıxıb.  

Şounun qalibi “Canavar” obrazını canlandıran iştirakçı olub. 

 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

A post shared by hakimiyyet.az (@oxuaz)

0.14483284950256