Medicare klinikasının Gənclər gününə həsr olunmuş pulsuz kampaniyanın sonuncu pasiyentləri və analizlərində pozitiv hallara rast gəlinməyib FOTOLAR

Hakimiyyet.az xəbər verir ki, 02.02.2024 tarixində

“Medicare” klinikasının Gənclər gününə həsr olunmuş pulsuz kampaniyanın sonuncu pasiyentləri və analizlərində Pozitiv hallara rast gəlinməyib (kart testlərdə).

Klinikanın ictimaiyyətlə əlaqələr şöbəsindən saytımıza bildirilib ki, “Sağlam gənclik həm də sağlam gələcək deməkdir” devizi altında start götürən kampaniyamızın nəticələrini media vasitəsi ilə ictimaiyyətə açıqlayırıq.

Ölkəmizdə gənc nəslin problemlərinin həlli, onların cəmiyyət həyatında layiqli təbəqə kimi iştirakının təmin olunması üçün həyata keçirilən bütün zəruri tədbirlər Azərbaycan gəncliyini daha işıqlı sabaha aparacaq. Bu yolda gənclərimizin ən böyük himayəçisi və dəstəkçisi məhz ölkəmizin birinci xanımı Mehriban Əliyeva ölkə başçısı İlham Əliyevdir.

Dövlətimizin başçısının “Mənim gənclərə xüsusi münasibətim var, mənim ürəyim sizinlədir. Siz bütün işlərdə mənə arxalana bilərsiniz. Mən də sizə arxalanıram” – sözləri Azərbaycan dövlətinin gənclərə etimadının, gənclərin isə prezidentə məhəbbətinin və dəstəyinin bariz nümunəsidir.
 

0.051651954650879