Cüdo üzrə Azərbaycan milli komandasının üzvləri Parisdə səs veriblər - FOTO

Cüdo üzrə Azərbaycan milli komandasının üzvləri Fransanın paytaxtı Parisdə Azərbaycanda keçirilən növbədənkənar prezident seçkisində səs veriblər.

“Report”un yerli bürosu xəbər verir ki, Olimpiya oyunlarına hazırlıq məqsədi daşıyan təlim məşqlərində iştirak edən milli komandanın 20-dən çox üzvü Azərbaycanın Fransadakı səfirliyinin Mədəniyyət Mərkəzində yaradılan seçki məntəqəsində səsvermə hüququndan istifadə ediblər.

Parisdəki seçki məntəqəsində Fransada yaşayan və müvəqqəti ezam olunan Azərbaycan vətəndaşları iştirak edirlər.

Fransadakı azərbaycanlılar səsvermədə böyük fəallıq nümayiş etdirirlər.

Qeyd edək ki, Azərbaycanda bu gün növbədənkənar prezident seçkiləri keçirilir.

0.15024304389954