Birləşmiş Ştatlar ordusunun xüsusi təyinatlı qüvvələrini (“yaşıl beretlər”) uzun müddətə Tayvanda yerləşdirəcək.
Məlumata görə, ABŞ xüsusi təyinatlıları hərbi təlimatçı qismində Kinmen və Penqhu arxipelaqlarında qarnizonlarda yerləşdirilərək Tayvan hərbçilərinə təlim keçəcəklər.
Təlimlərdən birində “Black Hornet” mikro-dronlarından istifadə kursu nəzərdə tutulub.
Tayvanın Milli Müdafiə və Təhlükəsizlik İnstitutunun Müdafiə Strategiyası və Resursları Departamentinin rəhbəri Su Tzuyun bildirib ki, “yaşıl beretlər” həm də müdafiə əməliyyatlarında ixtisaslaşıblar və düşmənin sızmasının qarşısını almaq üçün tapşırıqları yerinə yetirə bilirlər.
Mənbə: nsn.fm