Şuşada İlham Əliyevin seçkidə qələbəsi münasibətilə atəşfəşanlıq - YENİLƏNİB + FOTO/VİDEO

Otuz ildən sonra ilk dəfə Qarabağda prezident seçkisinin keçirilməsi və İlham Əliyevin inamlı qələbəsi münasibətilə Şuşa şəhərində avtomobillərin yürüşü və atəşfəşanlıq olub. Atəşfəşanlıq Qarabağın, qədim Şuşanın səmasını al-əlvan rənglərə boyayıb.

AZƏRTAC-ın bölgə müxbiri Şuşadan fotoları təqdim edir.

Qeyd edək ki, ABŞ-ın “Oracle Advisory Group” təşkilatı, “Rəy” Monitorinq Mərkəzi və Sosioloji Tədqiqatlar Mərkəzi Azərbaycanda keçirilən növbədənkənar prezident seçkisində apardıqları “exit-poll”arın nəticələrini açıqlayıblar. “Oracle Advisory Group” təşkilatı Prezident İlham Əliyevin seçicilərin 93,9 faizinin, “Rəy” Monitorinq Mərkəzi 92,6 faizinin, Sosioloji Tədqiqatlar Mərkəzi isə 92,4 faizinin səsini qazandığını bildiriblər.

21:09

Növbədənkənar prezident seçkisi ilə əlaqədar “exit poll” nəticələri açıqlandıqdan sonra Şuşa şəhərində yürüş keçirilir.

APA-nın xəbərinə görə, avtomobillər dövlət bayraqları ilə şəhərin küçələrində dövrə vurublar.

Qeyd edək ki, ABŞ-nin “Oracle Advisory Group” təşkilatı Azərbaycanda növbədənkənar Prezident seçkisinin “exit poll” nəticələrini elan edib. Təşkilatın əsas tərəfdaşı George Birnbaum bildirib ki, seçicilərin 93,9 faizi İlham Əliyevə səs verib.

0.10475993156433