Kürdəmirdə 30 yaşlı kişi zəhərlənib

Kürdəmirdə 30 yaşlı kişi dərmandan zəhərlənib.

Bizim.Media xəbər verir ki, hadisə məcburi köçkünlərin yerləşdiyi Yeni qəsəbədə qeydə alınıb.

Belə ki, qəsəbə sakini 1994-cü il təvəllüdlü Elnur Baloğlan oğlu Qurbanov dərman içərək zəhərlənib. Yaxınları onu dərhal Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına çatdırıblar.

Həkimlər E.Qasımova ilkin tibbi yardım göstəriblər. Hazırda onun vəziyyəti orta ağır qiymətləndirilir.

Fakt araşdırılır.

0.067897081375122