Kakaonun qiyməti rekord vurdu

Kakao dənələrinin qiyməti bir ton üçün 5,6 min dolları ötməklə yeni tarixi rekorda imza atıb.

Bunu Londonun “ICE Futures” birjasında ticarət məlumatları sübut edir.

Mart ayı kakao fyuçerslərinin dəyəri bir ton üçün 5 625 dollara yüksəlib ki, bu da əvvəlki günün bağlanış qiymətindən 3,97% çoxdur.

Yeni rekord əvvəlkindən cəmi bir həftə sonra qeydə alınıb. Hələ fevralın ikisində birjada kakao dənələrinin qiyməti 1977-ci ildən bəri ilk dəfə bir ton üçün beş min dolları ötüb.

Bildirilib ki, qiymət artımının səbəbi kakao dənələrinin qlobal qıtlığıdır. Beynəlxalq Kakao Təşkilatının (ICCO) analitiklərinin fikrincə, 2024-cü ildə vəziyyət yaxşılaşmayacaq.

Bu fonda şokoladın qiymətinin qalxacağı gözlənilir. Mütəxəssislər xəbərdarlıq edirlər ki, əlavəsiz şokolad xüsusilə baha olacaq.

Mənbə: gazeta.ru

0.048243999481201