Fransada əhalinin 50 faizə yaxınının şəxsi məlumatları oğurlanıb

Naməlum hakerlər 33 milyondan çox fransızın şəxsi məlumatlarını oğurlayıblar.

Məlumata görə, cinayətkarlar tibb işçilərinin login və şifrələrindən istifadə edərək məlumat əldə edə biliblər.

Vətəndaşlıq vəziyyəti, doğum tarixi və sığorta haqqında məlumatlar naməlum şəxslərin əlinə keçib.

İnformasiya təhlükəsizliyi üzrə ixtisaslaşan hüquqşünas Jan Padova qeyd edib ki, ilk dəfədir ki, ölkəsi bu miqyasda hücumla qarşılaşıb.

Ekspertlərin fikrincə, oğurlanmış məlumatlar fırıldaqçılar tərəfindən zərərçəkənləri aldatmaq üçün istifadə edilə bilər.

Mənbə: TASS

0.043116092681885