Bakıda şəhərin mərkəzində səki zəbt edilib.
hakimiyyet.az xəbər verir ki, Nəsimi rayonu, Rəsul Rza küçəsində yerləşən kafe piyadaların hərəkətinə süni maneə yaradıb.
Sakinlər iddia edirlər ki, səkiyə qoyulan masalara görə yol gedərkən avtomobil yoluna çıxmağa məcbur olurlar. Kafelərdə hazırlanan yeməklərin tüstüsü ətrafa yayılır və yoldan keçənlərin üstünə yemək qoxusu hopur.
Yaxın ərazidə yaşayan sakinlər aidiyyəti üzrə qurumlardan problemin həlli üçün zəruri addımların atılmasını istəyirlər.
Həmin görüntüləri təqdim edirik: