Avropa Komissiyası (AK) tezliklə “TikTok” sosial şəbəkəsinə qarşı Rəqəmsal Xidmətlər Qanununa uyğun olaraq yetkinlik yaşına çatmayanlar üçün mümkün risklərlə bağlı araşdırmaya başlayacaq.
Qeyd olunur ki, AK “TikTok” şirkətinin yeni qaydalara uyğun olaraq etdiyi dəyişikliklərin azyaşlı istifadəçiləri qorumaq üçün yetərli olmadığına görə təhqiqat aparacaq.
Xatırladaq ki, ötən ilin avqustunda Avropa İttifaqında rəqəmsal xidmətlər haqqında qanun qüvvəyə minib. Buna uyğun olaraq, internet platformaları öz saytlarında irqçilik və dezinformasiyaya qarşı mübarizə aparmalı, həmçinin uşaq pornoqrafiyasının və narkotik vasitələrin yayılmasının qarşısını almalıdırlar.
Mənbə: Bloomberg