Məşhur aktyor London küçələrində qeyri-adi paltarda görüntüləndi - FOTO/VİDEO

Britaniyalı aktyor Orlando Blum London küçələrində elf geyimində görüntülənib.

Paparazzilər 47 yaşlı sənətçini yaxalıqlı sviter, qeyri-adi manjet və şalvardan ibarət al-qırmızı və yaşıl kostyumda qeydə alıblar. Bundan əlavə, o, adıçəkilən çalarlarda dizə qədər corablar və gülməli iti burunlu düz ayaqqabılar geyinib. Aksessuar kimi stilistlər aktyora qırmızı kəmərli çanta və pomponlu papaq seçiblər.

Məlum olub ki, bu obrazda Blum yeni komediya filmində rol alır.

Mənbə: Daily Mail

0.080233097076416