Qusar rayonunun Hil kəndində ümumi sahəsi 130 kvadratmetr olan birmərtəbəli 5 otaqlı evdə yanğınla nəticələnən partlayış hadisəsi baş verib.
Bu barədə Fövqəladə Hallar Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb.
Bildirilib ki, yanğın nəticəsində evin yanar konstruksiyaları və içərisində ev əşyaları yanıb. Yanğın zamanı 1 nəfər yanıq xəsarəti alıb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.
Alov yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.