Rusiyanın “Aeroflot” aviaşirkətinə məxsus “Su-1857” təyyarəsində Bakı-Moskva reysi ilə uçan sərnişin Şeremetyevo hava limanında ölüb.
Məlumata görə, sərnişin tromb tıxanması nəticəsində dünyasını dəyişib.
“Su-1857” təyyarəsi fevralın 6-da axşam saatlarında Bakıdan uçub. Təyyarə enən zaman Yuri Z. adlı sərnişinin qəfildən halı pisləşib. O, boğulmağa başlayıb, sonra da huşunu itirib. Təcili yardım maşını B terminalının 178 saylı dayanacağına gələnə kimi sərnişin artıq dünyasını dəyişib.
Mənbə: mash.ru