Avropa Parlamentinə (AP) qarşıdan gələn seçkilərdə hakim “FİDES - Macarıstan Vətəndaş Birliyi” partiyasının siyahısına rəhbərlik edən Macarıstanın keçmiş ədliyyə naziri Judit Varqa siyasətdən getdiyini açıqlayıb.
O, Budapeştdə verdiyi bəyanatda Macarıstan Prezidenti Katalin Novakın keçən il pedofiliya cinayətində əli olan bir şəxsi əfv etmək qərarının hazırlanmasına cavabdeh olduğunu vurğulayıb.
“Prezidentin qərarının hazırlanmasına görə siyasi məsuliyyəti öz üzərimə götürürəm. Mən ictimai həyatı tərk edirəm, parlament üzvü və Avropa Parlamentinə seçkilərdə siyahının lideri kimi mandatımdan imtina edirəm”, - Varqa bildirib.
Xatırladaq ki, yaranmış qalmaqal fonunda Macarıstan Prezidenti Katalin də dövlət başçısı vəzifəsindən postundan istefa verib.
Mənbə: TASS