Fransa fəallarından barbarlıq: Klod Monenin əsərinin üzərinə boya atdılar - VİDEO

Fransanın Lion şəhərində eko fəallar şəhərdə yerləşən İncəsənət Muzeyində aksiya keçiriblər.

Belə ki, onlar Klod Monenin “Bahar” (1872) tablosunun üzərinə boya atıblar.

“Bu “Bahar” son bahara çevrilə bilər” – eko fəallar şüarlarında deyiblər.

Qeyd edək ki, bu aksiya ilə fəallar Fransa dövlətindən ətraf mühiti mühafizə edən beynəlxalq hüquqa hörmət etməsini tələb ediblər.

Mənbə: BFM TV

0.052566051483154