Ağsu sakini tüfəng atəşi nəticəsində yaralanıb

Ağsu rayon sakini ehtiyatsızlıqdan odlu silahdan açılan atəş nəticəsində yaralanıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan APA-nın sorğusuna cavab olaraq bildirilib ki, Ağsu rayon sakini E.Ələkbərovun odlu silahdan açılan atəş nəticəsində xəsarət alması barədə polisə məlumat daxil olub.

İlkin araşdırma zamanı həmin şəxsin ov tüfəngi ilə ehtiyatsız davranması nəticəsində xəsarət aldığı müəyyən edilib.

Araşdırma aparılır.

0.69199991226196