Futzal üzrə Azərbaycan Kubokunda 1/4 finalçılar müəyyənləşib

Futzal üzrə Azərbaycan Kubokunda 1/4 finalçılar müəyyənləşib.

hakimiyyet.az xəbər verir ki, bu gün keçirilən dörd oyunla 1/8 finala yekun vurulub.

“Araz-Naxçıvan”, “Baku Fire”, “Baku Fire-2” və U-19 komandaları rəqiblərinə qalib gələrək mübarizəni davam etdiriblər.

1/8 final mərhələsinin oyunları:

“Araz-Naxçıvan” - “Record club” 23:0

“Baku Fire” - “Dalğa” 6:0

“Dəstə Ordubad” - U-19 2:4

“Xan-Lənkəran” - “Baku Fire-2” 3:9

Martın 28-də keçiriləcək 1/4 final mərhələsində cütlər bu şəkildə olacaq:

“Baku Fire” - U-19

“Araz-Naxçıvan” - “Baku Fire-2”

PFL - “Bakı”

“Neftçi” İK - “Yasamal Bakı”

Yarımfinal:

“Baku Fire” / U-19 - “Neftçi” İK / “Yasamal Bakı”

“Araz-Naxçıvan” / “Baku Fire-2” - PFL / Bakı

0.077422857284546