Bəstəkar Cavanşir Quliyev vəfat edib

Əməkdar incəsənət xadimi, bəstəkar Cavanşir Quliyev İstanbulda, müalicə aldığı xəstəxanada vəfat edib.

hakimiyyet.az-ın xəbərinə görə, bu barədə onun sənət dostları sosial şəbəkə hesablarından məlumat yayıblar.

Xatırladaq ki, sənətkar fevralın beşində xəstəxanaya yerləşdirilmişdi.

0.086831092834473