Bakının hansı küçələrində sıxlıq var? - SİYAHI + FOTO

Bakının bəzi küçə və prospektində nəqliyyatın sıxlığı müşahidə olunur.

Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) məlumat yayıb.

Hazırda sıxlıq olan yolların siyahısını təqdim edirik:

1. Afiyəddin Cəlilov küçəsi, Yusif Səfərov küçəsi istiqamətində;

2. Xətai prospekti, Heydər Əliyev prospekti istiqamətində;

3. Tbilisi prospekti, hər iki istiqamətdə;

4. 28 May küçəsi, Puşkin küçəsi ilə kəsişmədən Rəşid Behbudov küçəsi ilə kəsişməyə qədər;

5. Şəmsi Bədəlbəyli küçəsi, Qış parkının qarşısından Mərkəzi Bank istiqamətində;

6. “20 Yanvar” dairəsində;

7. Bakıxanov küçəsi, İnşaatçılar prospekti ilə kəsişmədən Dədə Qorqud parkı istiqamətində;

8. Niyazi küçəsi, Azneft dairəsi istiqamətində;

9. Bakı-Sumqayıt şosesi, 20 yanvar dairəsi istiqamətində;

10. Babək prospekti, mərkəz istiqamətində;

11. Üzeyir Hacıbəyli küçəsi, Cavanşir körpüsündən Azadlıq prospekti ilə kəsişməyə qədər;

12. Bülbül prospekti, “Sahil” metro stansiyasının qarşısında sıxlıq müşahidə olunur.

0.082405090332031