Xərçəngə qarşı ilk peyvənd satışa çıxarılacaq

Almaniyanın biotexnologiya şirkəti “BioNTech” 2026-cı ilə qədər ilk xərçəng peyvəndini bazara çıxarmağı planlaşdırır.

Bu barədə şirkətin qurucuları Uğur Şahin və Özlem Türeci “Focus” jurnalına müsahibəsində bildiriblər.

“BioNTech” mütəxəssisləri ağciyər xərçənginin bir növünə qarşı anticisim əldə edə bildilər. Döş xərçənginə qarşı dərmanın hazırlanması üzərində də iş aparılır. İlin sonuna qədər Şahin və Türeci həmkarları ilə birlikdə sınaqları başa çatdırmağa və peyvəndin qeydiyyatı prosesinə başlamağa ümid edirlər.

Qeyd olunur ki, “BioNTech” xərçəngin 30 növü, o cümlədən dəri, uşaqlıq yolu, prostat vəzi və digər orqanların xərçəngi üzrə klinik tədqiqatlar aparır. 2030-cu ilə qədər şirkət şişlərlə mübarizə üçün innovativ üsullar portfelini yaratmaq niyyətindədir.

0.092130899429321