Tehran İnqilab Məhkəməsinin 28-ci şöbəsi dörd etnik bəluç məhbusa edam hökmü çıxarıb.
Bu barədə “Azad İran” “Telegram” kanalı xəbər yayıb.
Məlumata görə, etnik bəluçlar dövlət quruluşuna qarşı üsyanda ittiham ediliblər.
Qeyd olunub ki, məhbuslardan birinin cinayət törətdiyi zaman 12 yaşı olub.