ABŞ-də Nümayəndələr Palatası daxili təhlükəsizlik naziri Alexandro Mayorkasın istefasını tələb edən qətnamə qəbul etməyi qərara alıb.
Nəticədə bir səs fərqi ilə qətnamə qəbul edilib, belə ki nazirin istefasının lehinə 214 səs, əleyhinə isə 213 səs verilib.
Qeyd edək ki, Mayorkas Amerika lideri Co Baydenin hökumətindədir. O, miqrasiya böhranında günahlandırılır.
Amerikalı iş adamı, “SpaceX” və “Tesla” şirkətlərinin qurucusu İlon Mask da özünün “X” səhifəsində ölkənin Daxili Təhlükəsizlik Nazirliyinin rəhbəri Alexandro Mayorkası qeyri-qanuni miqrasiyaya göz yummaqda ittiham edib və onu istefaya çağırıb.
Mənbə: osnmedia.ru