İlon Maskdan təklif: “ABŞ prezidenti əqli testdən keçirilsin” - VİDEO

“Nüvə portfelinə nəzarət edən şəxsin əsas koqnitiv testdən keçirilməsi məcburi olmalıdır”.

Bu sözləri iş adamı İlon Mask sahibi olduğu “X” sosial şəbəkəsindəki hesabında yazıb.

Qeyd edək ki, sorğu nəticələrinə görə, ABŞ əhalisinin yarıdan çoxu Prezident Co Baydenin əqli qabiliyyətinin getdikcə zəiflədiyi qənaətindədir. Amerikalı cərrah Marti Macari hesab edir ki, Baydendə yaşla bağlı demensiyanın bütün əlamətləri müşahidə olunur. O, həmçinin, yaddaş və ləng danışıq kimi problemlərdən əziyyət çəkir, eyni zamanda, olduğu məkana adaptasiya olunmaqda, orientasiyada problemlər yaşayır.

Xatırladaq ki, bir müddət öncə Co Bayden mərhum Avropa liderləri ilə “ünsiyyət qurmağa” başlayıb. O, açıq şəkildə bildirib ki, 1996-cı ildə vəfat edən Fransa prezidenti Fransua Mitteran ilə söhbət edib, 2021-ci ildə isə yeddi il əvvəl vəfat etmiş Almaniya kansleri Helmut Kolla danışıb.

Mənbə: NEWS.ru

0.10968089103699