UEFA Çempionlar Liqasında 1/8 final mərhələsinin ikinci oyun günündə daha iki qarşılaşma keçirilib.
Turnirin favoritlərindən sayılan “Bavariya” “Latsio”nun qonağı olub.
Mühnen klubu 67-ci dəqiqədə azlıqda qalıb. Upomekanonun meydandan qovulmasından sonra təyin edilən penaltini İmmobile dəqiq yerinə yetirib. Bu, görüşdə yeganə qol olmaqla italyanların qələbəsini təmin edib - 1:0.
Günün digər matçında PSJ “Real Sosyedad”ı qonaq edib. Qarşılaşma proqnozlaşdırılan ssenari üzrə baş tutub və ev sahiblərinin mütləq üstünlüyü ilə başa çatıb. 58-ci dəqiqədə Mbappe və 70-ci dəqiqədə Barkola fərqləniblər - 2:0.