Kosmosda ilk dəfə: İnqilabi tapıntı - FOTO

Kosmosda iki asteroidin səthində su aşkarlanıb.

Günəş ətrafında dönən bir milyondan çox asteroidin olduğu və onların üzərindəki suyun uzun zaman əvvəl buxarlandığı ehtimal edilirdi.

Lakin SOFIA infraqırmızı teleskopundan əldə edilən məlumatlar bunun əksini göstərib. Aparılan yeni araşdırma zamanı “İris” və “Massalia” asteroidlərinin səthində su tapılıb.

Digər asteroidlərin təxminən 99 faizindən böyük olan “İris” 199 kilometr diametrə malikdir və Günəş ətrafında orta hesabla 2,39 astronomik vahid məsafədə fırlanır, bir orbiti tamamlaması 3,7 il çəkir.

“Massalia” isə 135 kilometr diametrə malikdir və “İris”in orbitinə oxşar orbit üzrə fırlanır.

Günəş sistemindəki asteroidlərin tərkibi və quruluşu bir qədər fərqlidir. Günəşə daha yaxın ərazilərdə buzsuz silikat asteroidlər üstünlük təşkil edir, daha uzaq məsafədə isə buzlu asteroidlərə daha çox rast gəlinir.

Bununla bağlı məqalənin əsas müəllifi, Cənub-Qərb Araşdırma İnstitutunun alimi Anicia Arredondo spektral xətlərin gücünə əsaslanaraq, asteroidlərdə suyun həcminin və yayılmasının Ayda tapılanlara uyğun olduğunu təsdiqləyib.

Mənbə: Haber Global

0.055542945861816