Bütün bədəni yanan körpənin anası fəryad edir: “Ağrılarına görə bütün günü ağlayır” - FOTO

11 aylıq Mirzağanın sizin yardımınıza ehtiyacı var.

Bu barədə hakimiyyet.az-a onun anası Yeganə Hüseynova məlumat yayıb.

O bildirib ki, övladı noyabr ayının 13-də yanıb.

“Mirzağa 8 aylıq olarkən dəm çaynikinin partlaması nəticəsində bədəninin böyük bir hissəsi yanıb. Həmin gün biz Bakıda yerləşən xəstəxanalardan birinə yollandıq. Bir aydan çox orada müalicə aldıq. Hazırda övladımın müalicəsini sizin saytın izləyicilərinin dəstəyi ilə davam etdirə bilirik. Mirzağanın dərmanlarını və mazlarını almaq üçün 700 manata ehtiyacımız var. Yardımsevər şəxslərdən bizə yenidən dəstək olmalarını xahiş edirəm. İnanın mazlarını çəkmədiyimiz zaman ağrıdan bütün günü ağlayır, halsız düşür”.

Ailə ilə əlaqə: (070) 330-99-79.

Kapital Bank: 4169 7388 2087 6575.

0.063679933547974