Rusiyanın müdafiə zavodunun ərazisində partlayış baş verib - VİDEO

Rusiyanın Altay diyarında müdafiə sənayesi təyinatlı müəssisənin ərazisində partlayış baş verib.

Bu barədə şəhər meri Viktor Şiqrev özünün “Telegram” kanalında xəbər verib.

Onun sözlərinə görə, partlayış səsi Biyskdəki sənaye zonası ərazisində eşidilib.

Bəzi yerli “Telegram” kanallar partlayışın “Altay Federal Tədqiqat və İstehsalat Mərkəzi” ASC-nin zavodunda baş verdiyini ehtimal ediblər.

Yerli sakinlər partlayışın güclü olduğunu, evlərdə şüşələri silkələdiyini qeyd ediblər. Onlar hadisənin görüntülərini sosial şəbəkələrdə paylaşıblar.

Xatırladaq ki, bu gün, həmçinin, Rusiyanın Kursk vilayətində Ukraynaya məxsus PUA-nın hücumu nəticəsində baş verib.

0.15736198425293