Bakıda telefonunda qeyri-etik videolar tapılan şagirdlərlə bağlı niyə qərar verilmir? - VİDEO

Bir müddət əvvəl Bakı şəhər 6 nömrəli məktəb-liseydə ikinci sinif şagirdini zorakılığa məruz qoyduqları iddia edilən VII sinif şagirdlərinin məktəbdən uzaqlaşdırılmaması səbəb olub. 

Bu barədə hakimiyyet.az-a məktəbdə övladı təhsil alan valideynlər bildiriblər. 

Onlar qeyd ediblər ki, həmin şagird hələ də məktəbə gəlir və bu səbəbdən övladlarına görə narahatdırlar. 

Valideynlər iddia ediblər ki, bir müddət əvvəl hadisə ilə bağlı pedaqoji şuranın iclası keçirilib və VII sinif şagirdlərindən birinin başqa məktəbə keçirilməsi ilə bağlı qərar qəbul edilib.

Lakin VII sinif şagirdinin ailəsi onu başqa məktəbə keçirmək istəmir.

Qeyd edək ki, bir müddət əvvəl sosial şəbəkələrdə Bakı şəhəri 6 nömrəli məktəb-liseydə 2-ci sinif şagirdinin həmin məktəbin VII sinif şagirdləri tərəfindən dəfələrlə cinsi-seksual hərəkətlərə məruz qaldığına dair iddialar yayılıb.

Məktəb-liseyin direktoru Gülşən Orucova qeyd edib ki, aparılan araşdırma zamanı sadəcə VII sinif şagirdlərinin telefonlarında onların yaş həddinə uyğun olmayan qeyri-etik videolar olub:

“Yəqin ki, həmin şagirdlər videonu öz aralarında bölüşüblər. Mən həmin gündən etibarən valideyn qruplarında aparılan yazışmalardan sonra valideynlərlə də ayrılıqda görüşdüm. Onlara bütün məlumatları verdik”.

II sinif şagirdinin zorakılığa məruz qalması ilə bağlı səsləndirilən iddialar çərçivəsində aparılan araşdırmalardan sonra məktəb rəhbərliyinə xəbərdarlıq edilib.

İlhamə Əbülfət

0.048495054244995