UEFA Avropa Liqasının pley-off mərhələsinin ilk oyununda üz-üzə gələcək “Braqa” və “Qarabağ”ın start heyətləri bəlli olub.
hakimiyyet.az xəbər verir ki, komandalar meydana aşağıdakı “11-lik”lərlə çıxacaqlar.
“Braqa”: 1. Mateus, 2. Viktor Qomes, 15. Paulo Oliveyra, 4. Siku Niakate, 26. Kristian Borxa, 28. Joao Moutinyo, 18. Vitor Karbvalyo, 16. Rodriqo Zalazar, 23. Simon Banza, 9. Abel Ruiz (k), 14. Alvaro Djalo.
Baş məşqçi: Artur Jorje.
“Qarabağ”: 99. Andrey Lunyov, 44. Elvin Cəfərquliyev, 13. Bəhlul Mustafazadə, 55. Bədavi Hüseynov (k), 2. Mateus Silva, 7. Yassin Benzia, 6. Julio Romao, 8. Marko Yankoviç, 10. Abdullah Zubir, 15. Leandro Andrade, 18. Juninyo Olavio.
Baş məşqçi: Qurban Qurbanov.
Qeyd edək ki, bu gün reallaşacaq oyun Bakı vaxtı ilə saat 00:00-da start götürəcək.
09:20
“Qarabağ” UEFA Avropa Liqasının pley-off mərhələsində ilk oyununu keçirəcək.
hakimiyyet.az-ın məlumatına görə, Qurban Qurbanovun baş məşqçisi olduğu komanda Portuqaliyada “Braqa”nın qonağı olacaq.
Qarşılaşma Bakı vaxtı ilə saat 00:00-da start götürəcək. Görüşü Danimarkadan olan Morten Kroq idarə edəcək.
UEFA Avropa Liqası
Pley-off mərhələsi, ilk oyun
16 fevral
00:00. “Braqa” (Portuqaliya) - “Qarabağ” (Azərbaycan)
Baş hakim: Morten Kroq (Danimarka).
Braqa, “Estadio Municipal de Braga”.
Qeyd edək ki, tərəflər arasında cavab görüşü fevralın 22-də Tofiq Bəhramov adına Respublika stadionunda gerçəkləşəcək.