Yanvar ayında istefaya göndərilən “Roma” klubunun keçmiş baş məşqçisi Joze Mourinyo sabiq klubunun rəhbərliyini tənqid edib.
Portuqaliyalı mütəxəssis bildirib ki, onun UEFA Avropa Liqasında “Roma”ya köməyi dəyə bilərdi.
“Mən Avropa Liqasının pley-off mərhələsində təkcə “Roma”dan qovulduğum üçün deyil, ilk növbədə futboldan xəbəri olmayan insanlar məni klubdan uzaqlaşdırdıqları üçün iştirak etmirəm” , - deyə 61 yaşlı mütəxəssis qeyd edib.
Mənbə: Championat