Yağışlardan sonra Urmiya gölünün su ilə dolması güneyliləri sevindirib - VİDEO

İranda mövsümi yağışlardan sonra su ilə dolan Urmiya gölü güneylilərin sevincinə səbəb olub.

Bu barədə “Azad İran” “Telegram” kanalı məlumat verib.

Güney Azərbaycanın incisi sayılan Urmiya gölünün yenidən canlanmasını seyr etmək üçün insanlar buraya axışmağa davam edirlər.

Məlumata görə, suyun səviyyəsinin yağışlar səbəbindən nisbətən artmasına baxmayaraq, göl hələ də kritik vəziyyətdədir.

Qeyd olunur ki, gölün su hövzələrində yaradılan və qəsdən su haqqını israf edən saysız-hesabsız bəndlər və quyular Güney Azərbaycanın nəfəsini kəsir.

0.06463098526001