“Qarabağ”ın legioneri Avropa Liqasında həftənin oyunçusu seçilib - YENİLƏNİB

UEFA Avropa Liqasının pley-off mərhələsinin ilk oyunlarından sonra həftənin ən yaxşı futbolçusu açıqlanıb.

UEFA-nın rəsmi saytında azarkeşlər arasında aparılan sorğu nəticələrinə əsasən, bu ada “Qarabağ”ın futbolçusu Abdullah Zubir layiq görülüb.

Fransa yarımmüdafiəçi səsvermədə Türkiyə “Qalatasaray”ından Mauro İkardini, İtaliya “Milan”ından Ruben Loftus-Çiki və Portuqaliya “Benfika”sından Anxel Di Mariyanı qabaqlayıb.

Qeyd edək ki, Abdullah Zubir “Qarabağ”ın Portuqaliyada “Braqa”nı 4:2 hesabı ilə məğlub etdiyi matçda 2 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.

09:22

UEFA Avropa Liqasında pley-off mərhələsinin ilk oyunlarından sonra həftənin ən yaxşı futbolçusu adına namizədlər bəlli olub.

“Report”un məlumatına görə, 4 oyunçunun yer aldığı siyahıda “Qarabağ”ın yarımmüdafiəçisi Abdullah Zubir də var.

O, Portuqaliyada “Braqa”ya 4:2 hesabı ilə qalib gəldikləri matçda 2 qol və bir məhsuldar ötürmə ilə yadda qalıb.

Digər namizədlər İtaliyanın “Milan” komandasından Ruben Loftus-Çik, Türkiyə təmsilçisi “Qalatasaray”dan Mauro İkardi və Portuqaliyanın “Benfika” kollektivindən Anxel Di Mariyadır.

Qeyd edək ki, qalib UEFA-nın rəsmi saytında səsvermə yolu ilə bəlli olacaq.

0.074132919311523