Macarıstan parlamenti fevralın 26-da açılacaq yaz sessiyasının əvvəlində İsveçin NATO-ya daxil olması haqqında sazişi ratifikasiya edəcək.
Bunu Macarıstanın Baş naziri Viktor Orban ölkənin əsas siyasət prioritetləri ilə bağlı illik çıxışı zamanı deyib.
“İsveçlə mübahisəmiz sona çatmaq üzrədir. İsveçin baş naziri Ulf Kristersson ilə birlikdə etimadın bərpası üçün mühüm addımlar atmışıq. Biz parlamentin yaz sessiyasının əvvəlində İsveçin NATO-ya üzvlüyünü ratifikasiya edə bilərik”, - deyə Orban bildirib.
Qeyd edək ki, Macarıstan alyansda parlamenti bu ərizəni ratifikasiya etməmiş yeganə ölkə olaraq qalır.
Mənbə: TASS