Rusiya - Qərb qarşıdurması nə qədər davam edəcək? - Almaniyanın müdafiə nazirindən AÇIQLAMA

Almaniyanın müdafiə naziri Boris Pistorus Qərb ölkələrinə Rusiya ilə münasibətlərdə uzunmüddətli münaqişəyə hazırlaşmağı tövsiyə edib.

“Təəssüf ki, yaxın onilliklərdə biz Avropada bölücü xətlərlə yaşamağa məcbur olacağıq - bir tərəfdən azad və demokratik Avropa, digər tərəfdən avtoritar və müharibələri qızışdıran Rusiya”, - nazir Münhen Təhlükəsizlik Konfransında bildirib.

Pistoriusun fikrincə, qitədə ümumi təhlükəsizlik arxitekturasının qurulması uğursuzluğa düçar olub, çünki Moskva Şərqi və Mərkəzi Avropada öz hökmranlığını bərpa etmək istəyir. Bu baxımdan, onun fikrincə, Avropa üçün “effektiv çəkindirmə həyat sığortasıdır”.

Nazir Aİ-ni Afrika ölkələri ilə hətta Avropa standartlarına cavab verməsə belə, hərbi sahədə əməkdaşlığı genişləndirməyə çağırıb. Əks halda, o hesab edir ki, Rusiya qitədə təsirini genişləndirəcək.

Mənbə: TASS

0.12422704696655