Fransa Liqa 1-də 22-ci turun daha bir qarşılaşması baş tutub.
Lider PSJ səfərdə “Nant” ilə qüvvəsini sınayıb.
Oyunda hesab ikinci hissədə açılıb. Hernandez 60-cı dəqiqədə qonaqları irəli çıxarıb. 78-ci dəqiqədə oyuna sonradan daxil olan Mbappe penaltidən fərqi artırıb.
Matç elə bu hesabla da başa çatıb - 0:2.
Beləliklə də, Liqa 1-də hazırda PSJ vahid liderdir. 53 xala malik komanda ən yaxın izləyicisi olan “Nitsa”nı 14 xal qabaqlayır. “Nant” isə 22 xalla 13-cı sırada qərarlaşıb.