Meksikanın Gerrero ştatında 5,1 bal gücündə zəlzələ qeydə alınıb.
Bu barədə Avropa Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.
Bildirilib ki, zəlzələ 187 min insanın yaşadığı Çilpansinqo şəhərindən 43 kilometr cənub-qərbdə baş verib.
Təbii fəlakət nəticəsində mümkün tələfat və dağıntılar barədə məlumat yoxdur.
Mənbə: RT