İstanbulda axtarışda olan 25 mindən çox şəxs tutulub

İstanbulda son ay yarım ərzində aparılan işlər çərçivəsində müxtəlif cinayətlərə görə axtarışda olan 25 027 nəfər tutulub.

Şəhərin Asayiş Şöbə Müdirliyi Axtarılan Şəxslər Bürosundan verilən məlumata görə, müvafiq əməliyyatlar yanvarın 1-dən fevralın 15-dək olan dövrü əhatə edib və vilayət daxilində keçirilib.

Saxlanılanlar arasında dələduzluğa görə 68 il 6 ay həbs cəzası alan bir şəxs də var.

Şübhəlilərdən 7 397 nəfərin qaçaq hökmlü olduğu təyin olunub.

Müxtəlif polis bölmələrində qeydiyyatları tamamlanan şübhəlilər ədliyyə orqanlarına təhvil veriliblər.

Mənbə: Haber Global​

1.1770949363708