İngiltərə Premyer Liqasının 25-ci turunda “Luton” və “Mançester Yunayted” üz-üzə gəliblər.
Komandalar Luton şəhərindəki Kenilvort Roud stadionunda qarşılaşıblar. Matçı Devid Kutun rəhbərlik etdiyi hakimlər briqadası idarə edib.
Oyun 2:1 hesabı ilə "qırmızı şeytanlar"ın xeyrinə başa çatıb.
Maraqlıdır ki, bütün qollar 15-ci dəqiqəyə qədər vurulub. “Mançester Yunayted”in hücumçusu Rasmus Hoylund bir və yeddinci dəqiqələrdə dubl edib. “Luton” yalnız bir dəqiq zərbə ilə cavab verə bilib. Qolu 14-cü dəqiqədə hücumçu Karlton Morris vurub. Nəticədə, “Mançester Yunayted” 2:1 hesabı ilə qalib gəlib.
Hazırda Premyer Liqada keçirdiyi 25 oyundan sonra “Mançester Yunayted” 44 xalla altıncı yerdədir. “Luton” da öz növbəsində 20 xalla 17-ci yerdə qərarlaşıb.