Türkiyənin Malatya vilayətində 4,3 bal gücündə zəlzələ baş verib.
hakimiyyet.az-ın məlumatına görə, bu barədə Türkiyə Təbii Fəlakətlər və Fövqəladə Halların İdarə Edilməsi Agentliyindən (AFAD) xəbər yayılıb.
Məlumata görə, yeraltı təkanlar Doğanşehirdə qeydə alınıb.
Bildirilib ki, zəlzələnin ocağı yerin 17,7 kilometr dərinliyində olub.