Bakı şəhərində yol-nəqliyyat hadisəsi baş verib.
hakimiyyet.az-ın məlumatına görə, hadisə Abdulla Şaiq küçəsində baş verib.
Belə ki, “Toyota Prius” markalı avtomobilin sürücüsü piyada zolağında vətəndaşa yol vermək üçün əyləcə basaraq maşını saxlayıb.
Bu zaman arxadan hərəkət edən KIA markalı avtomobil “Toyota Prius”a çırpılıb. Nəticədə “Prius” qadını vurub.
Hadisə yerindən görüntüləri təqdim edirik:
İlhamə Əbülfət