Təyyarə hava limanından füzelyajında dəlik və yanan üzlüklə havaya qalxıb - FOTO/VİDEO

Belqraddan Düsseldorfa uçan “Air Serbia” şirkətinə məxsus təyyarə Serbiyanın paytaxtında uçuş-enmə zolağının işıqlarına çırpılıb. Təyyarə füzelyaj və qanadına ciddi ziyan vursa da, havaya qalxıb. 60 dəqiqədən sonra üzlüyü yanan təyyarə artıq altı yanğınsöndürən maşınla Nikola Tesla hava limanında qarşılanıb.

Təyyarənin göyərtəsində 132 sərnişin olub. Enişdən sonra onlar təcili təxliyə ediliblər.

Ekspertlər hadisənin başvermə şəraitini araşdırırlar. Onlar ehtimal edirlər ki, pilotlar uçuş-enmə zolağını tam qət etmədən havaya qalxdıqları üçün işıqlandırma avadanlığına çırpılıb. Bu, yanlış marşrut hesablamalarının nəticəsi ola bilər.

Mənbə: “Shot” “Telegram” kanalı

 

0.12550401687622