20 gün əvvəl qızılcaya yoluxan uşaq xəstəxanada öldü

Gəncədə doqquz yaşlı qız xəstəxanada ölüb. 

hakimiyyet.az xəbər verir ki, Gədəbəy rayon sakini, 2014-cü il təvəllüdlü Ruqəyya Həsənova xəstəxanaya ağır vəziyyətdə gətirilib.

Həkimlərin səylərinə baxmayaraq, 9 yaşlı qız xəstəxanada ölüb.

Bildirilir ki, R.Həsənova 20 gün bundan əvvəl qızılcaya yoluxub. 

İlkin məlumata görə, azyaşlı ağciyərlərinə su yığılmasından ölüb. 

Faktla bağlı araşdırma aparılır.

İlhamə Əbülfət

0.10984492301941