UEFA Avropa Liqasının pley-off mərhələsinin cavab oyunu çərçivəsində fevralın 22-də, saat 21:45-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək “Qarabağ” - “Braqa” (Portuqaliya) qarşılaşmasının hakimləri açıqlanıb.
hakimiyyet.az xəbər verir ki, oyunu Bolqarıstandan olan hakimlər briqadası idarə edəcək:
Baş hakim: Georgi Kabakov
Baş hakimin köməkçiləri: Martin Marqaritov, Diyan Valkov
Dördüncü hakim: Nikola Popov
VAR: İvaylo Stoyanov
AVAR: Draqomir Draqanov
Hakim-inspektor: Petteri Kari (Finlandiya)
Qeyd edək ki, Portuqaliyada baş tutan qarşılaşmada Ağdam təmsilçiləri 4:2 hesabı ilə qələbə qazanıb.