Rusiya Federal Maliyyə Monitorinq Xidməti (“Rosfinmonitorinq”) ABŞ senatoru Lindsi Qremi terrorçular və ekstremistlər siyahısına daxil edib.
Bu barədə “Rosfinmonitorinq”in saytında məlumat verilib.
Siyahıya həmçinin keçmiş ekoloji fəal Yevgeniya Çirikova da (Rusiyada xarici agent kimi tanınıb) əlavə edilib.
Anti-Rusiya mövqeyi ilə tanınan senator Lindsi Qrem dəfələrlə Rusiyanın ABŞ-nin terroru himayə edən ölkələr siyahısına daxil edilməsinə çağırış edib. Senator həmçinin Rusiyaya qarşı sanksiyaların sərtləşdirilməsinin müxtəlif variantlarını da təklif edib.
Mənbə: TASS