Koreyada altı mindən çox həkim tibb universitetlərindəki kvotalara görə istefa verib

Cənubi Koreyadakı bütün stajor-həkimlər, rezidentlər və internaların yarısı (6,5 min nəfər) hakimiyyət orqanlarının universitetlərdə tibb ixtisasları üçün kvotaları artırmaq planlarına etiraz olaraq istefalarını təqdim ediblər.

Məlumata görə, 100 xəstəxanadan ən azı 6 415 həkim müraciət edib. Səhiyyə nazirinin müavini Park Min Su 757 stajor-həkimə işə qayıtmaq əmri verildiyini bildirib. Əmrin pozulması üç ilə qədər həbslə nəticələnə bilər. Səlahiyyətlilər, həmçinin lisenziyaların ləğvini də nəzərdə tutublar.

Mənbə: TASS

0.039283037185669