Ağdamda dörd il əvvəl öldürülən qızın meyiti tapılıb.
APA-nın Qarabağ bürosu xəbər verir ki, hadisə rayonun İmamqulubəyli qəsəbəsində qeydə alınıb.
Verilən məlumata görə, qəsəbə sakini Nəcəfov Şikar Süleyman oğlu qızının qətlində şübhəli bilinir. Onun qızı, 2000-ci il təvəllüdlü Nübar Nəcəfovanı dörd il əvvəl qətlə yetirərək evinin həyətyanı sahəsində basdırdığı deyilir.
Meyiti hüquq-mühafizə orqanlarının əməkdaşları aşkarlayıblar.
Faktla bağlı araşdırmalar aparılır.