ABŞ prezidenti Co Bayden Aleksey Navalnının ölümünə görə Rusiya prezidenti Vladimir Putinə qarşı sanksiyalar tətbiq ediləcəyini bildirib.
Bu barədə o, San-Fransiskoda Yuliya və Darya Navalnı ilə görüşündən az sonra məlumat verib.
“Mən onun həyat yoldaşı və qızı ilə görüşmək və onun (Navalnıyın) inanılmaz cəsarətli insan olduğunu söyləmək şərəfinə nail oldum. Sabah onun ölümünə görə məsuliyyət daşıyan Putinə qarşı sanksiyalar elan etməyi planlaşdırırıq”, - deyə Bayden bildirib.
O, əlavə edib ki, görüşdən sonra ona məlum ki, Navalnının dul arvadı mübarizəni davam etdirəcək.
“Biz təslim olmuruq”, - deyə ABŞ prezidenti nitqini yekunlaşdırıb.
Qeyd edək ki, Aleksey Navalnının koloniyada öldüyü məlum olduqdan sonra Bayden bəyanat yayaraq, siyasətçinin ölümünə görə Vladimir Putinin cavabdeh olduğunu bildirib.
Xatırladaq ki, Rusiya ordusunun Ukraynaya genişmiqyaslı müdaxiləsi başladıqdan sonra ABŞ, Böyük Britaniya və Avropa İttifaqı Putinə qarşı şəxsi sanksiyalar tətbiq edib.
Mənbə: CNN