Xəzər rayonun Türkan qəsəbəsinin sakinləri ərazidə antisanitar vəziyyətin hökm sürdüyünü bildirirlər.
Qəsəbə sakinləri şikayətlərini hakimiyyet.az-ın redaksiyasına ünvanlayıblar.
Sakinlər zibil yeşiklərinin vaxtlı-vaxtından təmizlənmədiyini qeyd ediblər:
“Qəsəbədə antisanitar vəziyyət vəziyyət hökm sürür. Qəsəbədə küçəyə qoyulan zibil qutularını zamanında təmizləmirlər. Nəzarət yoxdur. Külək vurur, zibil ətrafa yayılır. Yayda zibil qalıqlarının əlindən tərpənmək mümkün olmur.
Bir dəfə şikayət olunub. Təmizlənib. Hər dəfə şikayət etməliyik? Bu mütəmadi olmalıdır. Zibil qutuları qoyulubsa, təmizlənməlidir. Xəstəlik yayır”.
Məsələyə aydınlıq gətirilməsi üçün Xəzər Rayonu İcra Hakimiyyətinə sorğu ünvanlamışıq.
Həmin görüntüləri təqdim edirik:
Nəzrin Vahid