Rusiya Avropa İttifaqının 13-cü sanksiyalar paketinə cavab olaraq Rusiyaya girişi qadağan edilən Avropa qurumlarının və Aİ-yə üzv ölkələrin nümayəndələrinin siyahısını genişləndirib.
Bu barədə Rusiya Xarici İşlər Nazirliyinin bəyanatında qeyd olunub.
Rusiya XİN-nin məlumatında qeyd olunur ki, Moskva Avropa İttifaqının sanksiyalarını qeyri-qanuni hesab edir və bu, BMT Təhlükəsizlik Şurasının beynəlxalq hüquqi normativlərinə xələl gətirir.
“Rusiya Qərb ölkələrinin qeyri-dost hərəkətlərinə vaxtında və adekvat cavab verməyə davam edəcək” - Rusiya XİN-nin məlumatında qeyd olunur.
Mənbə: TASS